Türkiyə vətəndaşı Azərbaycan dövlət nömrəli nişanlı avtomobillə Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda qəza törədib.
APA-nın DHA-ya istinadən verdiyi məlumata görə, sürücü idarəetməni itirib və avtomobili baryerlərə çırpıb. Qəza nəticəsində avtomobilin sürücüsü 47 yaşlı Bülənt Yiğit, onun həyat yoldaşı Züleyxa Yiğit və 3 uşağı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.


Şərhlər