Menu

Neftdə yenidən sürətli ucuzlaşma başladı

21.08.2015, 18:25
Neftdə yenidən sürətli ucuzlaşma başladı

Neft 45 dollara düşdü.

Bakı vaxtı ilə 18:00 radələrində neftin sərt ucuzlaşması baş verib.

“Marja” xəbər verir ki, bu dəqiqələrdə dünya bazarlarında brent markalı neftin bareli 45.72 dollara satılır.

Qeud edək ki, günorta saatlarında brent neftinin barreli 46,50 dollara qədər çıxmışdı.

Neft, bu ilin İyun ayındakı zirvə səviyyəsindən 30% enib. Təklif çoxluğu problemi qiymətləri ayı bazarına daxil edib. ABŞ-da neft ehtiyatları 5 illik mövsümi orta göstəricidən təxminən 100 milyon barrel çoxdur. Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) əsas istehsalçıları hasilatı artırırlar.

Həmçinin ən böyük neft alan ölkələrdən biri olan Çində iqtisadi inkişaf ləngiyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol