Menu

Rusiyalıların 42 faizi sanksiyaaltı ərzaqların məhvini dəstəkləyir!

22.08.2015, 00:17
Rusiyalıların 42 faizi sanksiyaaltı ərzaqların məhvini dəstəkləyir!

Rusiya KİV-nin məlumatına görə, Rusiya Federasiyası əhalisinin 42,0 faizi sanksiyaaltı ərzaqların məhv edilməsi kampaniyasını dəstəklədiyini bildirib. Bu qənaət «İctimai rəy» Fondunun keçirdiyi sorğuda əksini tapıb («Exo Moskvı»).

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 38,0 faizi bu tədbirlərin əleyhinə olduğunu bildirib.

«Məhvetmə»nin tərəfdarları hesab edirlər ki, konkret halda söhbət keyfiyyətsiz məhsullardan gedir və düşünürlər ki, bu addım yerli istehsalçılara bir dəstək olacaq.

«Məhvetmə»nin əleyhdarları isə təklif edirlər ki, sözügedən ərzaq məhsulları əhalinin ehtiyacı olan təbəqəsinə paylansın.

Ümumilikdə isə Rusiya əhalisinin 70,0 faizi ərzaq embarqosunu dəstəklədiyini ortaya qoyub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol