Menu

“Qarabağ” və “Qəbələ”nin cavab qarşılaşmalarının başlama saatları bəlli olub

22.08.2015, 10:33
“Qarabağ” və “Qəbələ”nin cavab qarşılaşmalarının başlama saatları bəlli olub

UEFA Avropa Liqası pley-off mərhələsi cavab qarşılaşmalarında “Qəbələ” Afinada “Panatinaikos”la, “Qarabağ” isə Bakıda “Yanq Boyz”la qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, artıq qarşılaşmaların başlama saatı müəyyənləşib.

Belə ki, Afinanın “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatinaikos” – “Qəbələ” qarşılaşmasına avqustun 27-də Bakı vaxtı saat 23:00-da start veriləcək.

Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Yanq Boyz” matçı da eyni gündə, ancaq saat 21:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol