Menu

İlyas İsmayılov və Rasim Musabəyov yenidən namizəd olacaqlar

22.08.2015, 13:08
İlyas İsmayılov və Rasim Musabəyov yenidən namizəd olacaqlar

Azərbaycan Milli Məclisinin deputatları İlyas İsmayılov və Rasim Musabəyov növbəti dəfə də parlament seçkilərinə qatılmağa qərar veriblər.

İ. İsmayılov APA-ya bildirib ki, sədri olduğu Ədalət Partiyasından namizədliyini yenidən irəli sürəcək.

R. Musabəyov da APA-ya yenidən deputat olmaq arzusunda olduğunu və növbəti seçkilərdə də namizəd olacağını açıqlayıb.

Qeyd edək ki, İ. İsmayılov artıq iki çağırışdır, parlamentin üzvüdür. O, hazırda 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsini Milli Məclisdə təmsil edir. R. Musabəyov isə 2010-cu ildə 18 saylı Nərimanov - Nizami seçki dairəsindən deputat seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol