Xarici KİV-in yaydığı məlumata görə, Cənubi Koreya ilə Koreya Xalq Demokratik Pespublikası (KXDR) təcili danışıqlara başlayıb. Görüş sərhədyanı zonada keçirilir («Exo Moskvı»).
Saat 11:00-də Pxenyan tərəfindən irəli sürülmüş ultimatumun müddəti bitib. Şimali Koreya hökuməti cənub qonşusundan tələb edir ki, sərhəddəki təşviqat reproduktorlarını yığışdırsın. Əks təqdirdə, onlar məhv ediləcək.
Öz növbəsində, Cənubi Koreyanın müdafiə nazirliyində bildiriblər ki, əgər KXDR-nın hərbi hissələri atəş açsa, onları məhv edəcəklər.
ABŞ və Yaponiya Seulu dəstəklədiyini bildirib.
AzPolitika.info


Şərhlər