Menu

Fələstin hökuməti Ermənistanda səfirlik açmayacaq - Rəsmi

22.08.2015, 16:58
Fələstin hökuməti Ermənistanda səfirlik açmayacaq - Rəsmi

Fələstinin Azərbaycandakı səfirliyi Fələstinin Ermənistanda səfirlik açması ilə bağlı yayılmış məlumatları tam araşdırıb.

Bunu SalamNews-a açıqlamasında Fələstinin Azərbaycandakı səfirliyi bildirib.

Səfirlikdən bildirilib: “Araşdırmanın nəticəsində məlum olub ki, yayılmış bu məlumatlar yalandan başqa bir şey deyil. Çünki, belə bir səfirlik açılsa bu barədə Fələstinin Xarici İşlər Nazirliyi və Prezident Adminstrasiyasi məlumat verər. Rəsmi məlumata görə, bu xəbər yalandır”.

Xatırladaq ki, ermənilərin "Jamanak" qəzeti Fələstinin yaxın günlərdə Ermənistanda səfirlik aça biləcəyi ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd edilib ki, bu barədə Fələstinin Britaniyadakı erməni əsilli səfiri Manuel Qasesyan öz müsahibəsində bildirib.

O bildirib ki, iki ölkə arasında əlaqələrin yenilənməsi üçün Fələstin lideri Mahmud Abbasdan xüsusi tapşırıq alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol