Çində sənaye aktivliyi bu ay son 6 il ərzində ən sürətli templərlə aşağı düşməkdədir. Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, PMİ biznes aktivliyi indeksi 47.8-dən (iyul) avqustda 47.1-ə enib. Göstəricinin 50%-dən aşağı olması iqtisadiyyatdakı tənəzzülün əlaməti sayılır.
Ekspertlərin sözlərinə görə, bu, 2009-cu ilin martından ən aşağı nəticədir. 6 aydan çoxdur ki, bu göstərici 50-ni keçmir.
Təzə nəticələrin dərci investorları yenidən Çin səhmlərindən imtinaya vadar edib. “Frans Presse” agentliyi sərmayəçilərin ovqatını panik adlandırıb. “Reuters” analitikləri isə ötən həftəni fond bazarları üçün ilin ən pis həftə hesab ediblər.
Çin birjalarının ardınca Avropa və ABŞ-da da indekslər aşağı düşməyə başlayıb – özü ilə birgə xammal (neft) qiymətlərini də aşağı aparmaqla.


Şərhlər