Menu

Bakıda “Alma Store”un mağazası bağlandı - FOTO

22.08.2015, 20:38
Bakıda “Alma Store”un mağazası bağlandı - FOTO

Azərbaycanda Apple şirkətinin rəsmi tərəfdaşı olan “Alma Store” şirkətinin Bakıdakı mağazalarından biri bağlanıb.

Oxu.az xəbər verir ki, bağlanan mağaza “28 Mall” ticarət mərkəzində fəaliyyət göstərən mağazadır.

Mağazanın bağlanması səbəbləri hələlik məlum deyil.

Xatırladaq ki, “Alma Store” şirkəti bir müddət əvvəl gətirdiyi malları artıq yeni qiymətlə satışa çıxarıb.

Şirkət qiymətlərin bahalaşmasını Azərbaycana gətirilən Apple məhsullarının pərakəndə qiymətlərinin artması ilə izah etmişdi.

Şirkətin məlumatınaa görə, əvvəllər 900 manata satılan iPhone 6 (16 GB) hazırda 1198 manata satılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol