Menu

"Kurilə səfərlər etmişik, edirik və bundan sonra da edəcəyik!" - Dmitri Medvedyev

22.08.2015, 21:46
"Kurilə səfərlər etmişik, edirik və bundan sonra da edəcəyik!" - Dmitri Medvedyev

Xəbər verildiyi kimi, Rusiyanın baş naziri Dmitri Medvedyev Amur vilayətinə səfəri çərçivəsində bu gün Kuril adalarına da baş çəkib. Bu səfər Yaponiya hökumətinin qəti etirazına səbəb olub. Yaponiya tərəfi bəyan edib ki, Rusiya baş nazirinin Kurilə səfəri yapon xalqının mövqeyi ilə daban-dabana ziddiyyət təşkil edir və onun hissələrini yaralayır («Exo Moskvı»).

Xarici KİV-in məlumatına görə, məlum səfərin yekunları ilə əlaqədar Dmitri Medevedyev jurnalistlərin suallarını cavablandırıb:

Sual: Dmitri Anatolyeviç, Yaponiyada belə bir fikir səsləndirilir ki, Sizin buraya səfərinizdən sonra bizim münasibətlərimiz korlanacaq. Sizin mövqeyiniz necədir?

D.Medvedyev: Bizim mövqeyimiz sadədir: Biz, Yaponiya ilə dostluq etmək istəyirik. Yaponiya - bizim qonşumuzdur. Biz Yaponiyaya yaxşı yanaşırıq, amma bu, heç vəchlə Kuril adaları ilə əlaqələndirilə bilməz. Kuril adaları Rusiya Federasiyasının bir hissəsidir və Saxalin vilayəti adı ilə Rusiya Federasiyası subyektinə daxildir. Ona görə də biz, Kurilə səfərlər etmişik, edirik və gələcəkdə də edəcəyik.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol