Menu

Yapon nazirin Rusiya səfəri təxirə düşdü!

23.08.2015, 00:16
Yapon nazirin Rusiya səfəri təxirə düşdü!

Xarici KİV-in məlumatına görə, Yaponiya xarici işlər nazirinin Rusiyaya gözlənilən səfəri təxirə salınıb. Bu, Dmitri Medvedyevin Kurilə səfəri ilə bağlıdır («Exo Moskvı»).

Ümumiyyətlə, Moskvada deyirlər ki, Yaponiya xarici işlər nazirini Rusiyaya heç kim dəvət etməyib. Fumio Kisidanın səfərinin təxirə düşməsi barədə xəbəri «Kiodo» agentliyi yayıb.

«Tokionun ciddi xahişinə baxmayaraq, Rusiya baş nazirinin İturup adasına səfəri ərazi bütövlüyü mövzusunda danışıqların davamı üçün atmosferi dağıtdı» - deyə, Yaponiya xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib.

Yaponialı nazirin Rusiyaya səfəri avqustun sonunda (və ya sentyabrın əvvəlində) baş tutmalı idi.

Rusiya xarici işlər nazirliyində Fumio Kisidanın səfərinin təxirə salınması xəbərindən təəsübləndiklərini bildiriblər. Belə ki, Moskvada danışıqlar barədə tərəflər hər-hansı anons verməmişdi. «Barəsində razılaşmanın olmadığı nəyinsə vaxtının dəyişdirilməsi mümkün deyil» - deyə, Rusiya tərəfi situasiyanı «İnterfaks»a şərh edib.

Bu arada, Medevedyevin səfəri ilə bağlı bu gün Rusiyanın Yaponiyadakı səfirinə nota təqdim olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol