Ukrayna silahlı qüvvələrinin əsgərləri Kiyevə silahla getdiklərini hazır olduqlarını bildiriblər. ANS PRESS-in məlumatına görə, Ukrayna ordusunun əsgərlərinin videoyazısında deyilir ki, orduda ərzaqlar və təchizatlar çatmır. Hərbi əməliyyat zamanı əsgərləri daha bir təhlükə gözləyir.
Əsgərlərin biri ölkə prezidentinə müharibənin nə vaxt bitməsi haqda sual ünvanlayıb. O həmçinin qeyd edib ki, əlinə silah alıb və Kiyev şəhərinə getmək arzusundadır. Hərbçi bildirib ki, hökümət rəsmiləri faktiki olaraq heç nəyi idarə etməyi bacarmırlar və minlərlə insan vətəndaş müharıbəsində həlak olur.
Ukrayna əsgəri
Ukrayna hakimiyyəti keçən il aprel ayında Donbassda narazı olan region sakinlərinə qarşı hərbi əməliyyat həyata keçirib. BMT-ın son açıqlamasına görə, təxminən 6,8 min insan münaqişənin qurbanı olub. Donetsk hövzəsində vəziyyətin nizama salınması məsələsi haqda Minskdə görüşlərinin gedişatında əlaqə qrupu müzakirə edir. Həmin danışıqlar zamanı keçən ilin sentyabr ayında münaqişənin deskalasiyası üzrə addımları tənzimləyən üç sənəd qəbul edilib.


Şərhlər