Menu

Aralıq dənizində sutka ərzində 3 min miqrant xilas edilib

23.08.2015, 11:55
Aralıq dənizində sutka ərzində 3 min miqrant xilas edilib

İtaliya Liviya sahillərində qəzalı və yararsız üzmə vasitələrindən 3 minədək qaçqının xilas edilməsi əməliyyatı keçirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, birgünlük əməliyyata həmçinin İtaliyanın hərbi və patrul gəmiləri də cəlb edilib.

Məlumata görə, təkcə iki taxta qayıqdan 1000-dək miqrant xilas edilib. Rezin və balıqçı qayıqlardan, həmçinin dənizdən üzmək üçün istifadəyə yararsız digər üzmə vasitələrindən də xeyli qaçqın xilas olunub.

Qeyd edək ki, bu arada Almaniya və Fransa Avropa İttifaqının miqrasiya siyasətində vahid mövqedən çıxış etməyə çağırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol