Müstəqillik Gününə geniş miqyaslı hərbi əməliyyatların bərpası ehtimalı artıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Xarkov vilayətindəki hərbi aerodromda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna döyüşçüləri Krımdan savayı, ən azı daha 8 regionu işğal etməyi planlaşdıran düşmənin ölkənin dərinliklərinə doğru hücumunu qeyri-mümkün edə biliblər.
“Bu gün biz müdafiəyə qat-qat yaxşı hazırıq. Minsk anlaşması bizə müdafiə qabiliyyətimizi möhkəmlətmək üçün fürsət və zaman verdi” – qeyd edib prezident.


Şərhlər