Menu

Berdımuhammədov enerji nazirini işdən çıxardı

23.08.2015, 22:28
Berdımuhammədov enerji nazirini işdən çıxardı

Türkmənistan prezidenti Gurbangulu Berdımuhammədov enerji nazirini işdən çıxarıb. Enerji naziri Geldi Saryev işindəki çatışmazlıqlara görə vəzifəsindən azad olunub.

O, 2014-cü ilin yanvarından nazir idi.

Prezident nazirə deyib ki, "Siz 1 ildən çoxdur ki, nazir idiniz və Sizə pis işləməyinizlə bağlı 3 dəfə xəbərdarlıq olunub".

Prezidentin sözlərinə görə, işıq kəsilirdi və bununla bağlı çoxlu şikayət olurdu.

Berdymukhammedov bildirib ki, qeydiyyatsız işıq istifadəçiləri, elektrik enerjisindən qanunsuz istifadəsi ilə bağlı istintaq aparılır. (Azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol