Menu

"Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq

24.08.2015, 11:03
"Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq. Bu barədə "Report"a Ağdam klubunun meneceri Asif Əsgərov məlumat verib.

O, bildirib ki, bütün biletlər satışda olacaq. Biletlərin qiyməti 1-15 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manat olacaq.

Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol