Xarici KİV-in məlumatına görə, Krım-tatar Məclisinin rəhbəri öz xalqının «mövcudluğu»na yönəlik təhlükə barədə bəyanatla çıxış edib. Xəbəri «Alman dalğası» yayıb («Exo Moskvı»).
Məclis sədri Refat Çubarov Almaniya, Fransa və Ukrayna dövlət başçılarının Berlində keçiriləcək görüşü ərəfəsində Merkelə, Ollanda və Poroşenkoya müraciətini dərc edib. O, bəyan edib ki, Krım tatarları yarımadanı ilhaq etmiş Rusiya hakimiyyəti tərəfindən repessiyalara məruz qoyulur.
Nümunə olaraq, Rafet Çubarov özünün və digər krım-tatar siyasətçilərinin yarımadaya girişinin qadağan olunduğunu önə çəkib. Bundan başqa, o, bir sıra siyasətçilərin və vətəndaş fəallarının qeyri-qanuni olaraq saxlandığını və işgəncələrə məruz qoyulduğunu qeyd edib.
AzPolitika.info


Şərhlər