Menu

Türkiyə PKK-nın 52 rəhbərini beynəlxalq axtarışa verir

24.08.2015, 18:21
Türkiyə PKK-nın 52 rəhbərini beynəlxalq axtarışa verir

Türkiyə iyunun 24-ünü də terrorla açıb. Səhər saatlarında ölkənin Cənub-Şərqindəki Şəmdinli şəhərində PKK Türkiyə əsgərlərini daşıyan maşını partladıb, Silahlı Qüvvələrin 2 qulluqçusu şəhid olub. Terror aktı ilə bağlı rəsmi açıqlamada 3 əsgərin ağır yaralandığı bildirilir.

Ankara Baş Prokurorluğu PKK terror qruplaşmasının rəhbərliyində olan 52 nəfərlər bağlı həbs və beynəlxalq axtarışa verilmə qərarı çıxarıb. CNNTürk xəbər verir ki, Türkiyə qanunlarına uyğun olaraq yaxın günlərdə prokurorluğun qərarına Ədliyyə Nazirliyinin kollegiyasında baxılacaq.

Qəzet yazır ki, bu, 2011-ci ildən bu yana Türkiyə hökumətinin PKK rəhbərliyinə qarşı ən genişmiqyaslı tədbirdir. Həbsi istənən şəxslər sırasında Murat Karayılan, Cemil Bayık, Duran Kalkan, Mustafa Karasu, Ali Haydar Kaytan, Fehman Hüseyin, PKK-nın Avropa qolunun başçısı Sabri Ok da var.

Bu şəxslərin hər birinin onlarla terror aktına rəhbərlik etdiyi müəyyən olunub. Həmin terror aktlarında hərbi qulluqçular da daxil olmaqla minlərlə Türkiyə vətəndaşı həlak olub.

Adıçəkilən şəxslər Türkiyə dövlətinin ərazi bütövlüyünü təhdid altına alan güney və güney-doğu bölgələrinin muxtariyyət elan edilməsi planlarına rəhbərlik edir.

Eyni zamanda haqqında həbs istənən terrorçular adam oğurluğu, silah qaçaqmalçılığı, təhdid, zorla mülkiyyətin ələ keçirilməsi cinayətlərində təqsirləndirilir. Sənəddə son 34 gündə baş verən 194 terror aktına da bu şəxslərin rəhbərlik etdiyi bildirilir.

İndi Ankara Baş Prokurorluğu 52 nəfərin hansı ölkənin ərazisində olduğunun təsbiti ilə məşğuldur.

Terrorçuların yerləri müəyyən ediləndən sonra Türkiyə hökuməti həmin şəxslərin ölkəyə təslim edilməsi üçün müraciətlər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol