Menu

39 yaşlı qadın intihar etdi

24.08.2015, 18:31
39 yaşlı qadın intihar etdi

İsmayıllı rayon sakini özünü asaraq öldürüb.

APA-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İstisu kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Çüriyeva Rəqibə Qurban qızı özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə kəndirlə asıb. Üç uşaq anası olan qadının özünə qəsd etməsinin səbəbi məlum deyil. Onun ağır sinir xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol