Menu

Müdafiə naziri Türkiyə səfiri ilə görüşüb

24.08.2015, 20:21
Müdafiə naziri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun ilə görüşüb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə edilib.

Səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı İhsan Başbozkurtu təqdim edib.

Mərkəzdə general İhsan Başbozkurt

Müdafiə naziri hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol