Xarici KİV-in məlumatına görə, artıq 7 Avropa ölkəsi kommunist rejiminin törətmiş olduğu cinayətlərin araşdırılması üçün beynəlxalq məhkəmənin yaradılması barədə ideyanı dəstəklədiyini bildirib («Exo Moskvı»).
Bu yaxınlarda belə təşəbbüslə Estoniyanın ədliyyə naziri çıxış etmişdi. O, bəyan etmişdi ki, kommunist və nasist rejimlərinin törətdiyi cinayətlər nəticəsində eston xalqı əhəmiyyətli itkilərə məruz qalıb.
Xəbər verildiyi kimi, nasizmin və stalinizmin qurbanlarının Avropa xatirə günü dünən Estoniyada qeyd olunub. Tallin şəhərində bu münasibətlə beynəlxalq konfrans keçirilib.
«RİA Novosti» agentliyinin məlumatına görə, kommunist və nasist rejimlərinin törətdiyi cinayətlərin araşdırılması məqsədilə beynəlxalq məhkəmənin yaradılması ideyasını artıq 7 Avropa ölkəsi - Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan və Gürcüstan dəstəklədiyini bildirib.
AzPolitika.info


Şərhlər