Azərbaycan Milli Ordusunun şəhid zabiti, kapitan Elnur Cəfərovun övladlarının fotosu yayılıb.

Avropa.info-ya həmin fotoları şəhidin yaxın qohumu, jurnalist Məhəmmədəli Qəribli göndərib.

Jurnalistin sözlərinə görə, şəhid kapitan Elnur Cəfərovun iki övladı yadigar qalıb.

Qeyd edək ki, yanvarın 23-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1978-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.