Azərbaycan Mərkəzi Bankı avqustun 26-a olan rəsmi məzənnələri açıqlayıb. Fins.az-ın məlumatına görə, əsas valyutaların – ABŞ dolları, avro və rus rublunun məzənnəsində ciddi dəyişiklik yoxdur. Belə ki, 1 ABŞ dolları ötən günkü 1,0466 manatdan 1,0467 manata qalxıb. 1 avro ötən günkü 1,2078 manatdan 1,2059 manata enib. Rus rublu isə ucuzlaşmaqda davam edir. 1 rubl ötən günkü 1,52 qəpikdən 1,51 qəpiyə enib.


Şərhlər