Menu

«Sankisiyaaltı ərzaq»ların məhvi hüquqi boşluğun nəticəsidir - Hüquqşünas

26.08.2015, 15:57
«Sankisiyaaltı ərzaq»ların məhvi hüquqi boşluğun nəticəsidir - Hüquqşünas

Xarici KİV-in məlumatına görə, rusiyalı hüquqşünaslar hesab edirlər ki, ölkədə «saksiyaaltı ərzaq» məhsullarının məhv və ya satışının qadağan edilməsinin heç bir hüquqi əsası yoxdur (Rosbalt).

Hüquq elmləri namizədi Konstantin Sasovun fikrincə məhvetmə əməliyyatları ölkədə hökm sürən hüquqi boşluğun nəticəsidir ki, bu zaman hakimiyyət dairələri «sanksiyaaltı ərzaq»larla necə rəftar edəcəklərini bilmirlər.

Ekspert «Rosbalt»-ın müxbirinə deyib ki, bu mövzu üzrə qanunvericilik dəqiqləşdirmə tələb edir: «Prezident fərmanı xeyli «ümumi şəkildə» formalaşdırılıb. Rusiya ərazisinə bu məhsulların gətirilməsi qadağan olunur. Amma onları satmaq, onları dəyişmək və onları istehlak etmək qadağan edilməyib. Fərmanda yazılmayıb ki, belə məhsullar qeyri-qanuni yollarla ölkə ərazisinə gətirilərsə, nə etmək lazımdır? Məhz burada özbaşınalıq üçün geniş meydan yaranıb. Ona görə də indi qanunçular təbii ki, bu işi «ört-basdır» edəcəklər - tənzimləyəcəklər. Sadəcə, fərmanı hazırlayan zaman fikirləşiblər ki, bu, ötəri bir kampaniya olacaq və düşünməyiblər ki, belə xroniki səciyyə alacaq...».

Hüquqşünas hesab edir ki, «sanksiyaaltı ərzaq» məhsullarının yandırılması (və ya traktor vasitəsilə əzilib məhv edilməsi - red.) yeni şəraitdə həyata keçirilən «preventiv» tədbirdir. Gələcəkdə ya embarqodan imtina etmək lazım gələcək, ya da qeyri-qanuni yollarla Rusiya ərazisinə daxil olmuş həmin məhsulların «konfiskant» kimi reallaşdırılmasına başlanacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol