ABŞ-da canlı yayım zamanı öldürülən müxbir və operatorun qatili bəlli olub.
ANS PRESS-in məlumatına görə, jurnalistləri güllələyən əvvələr “ТВ WDBJ” əməkdaşı olmuş 41 yaşlı Brays Uilyamsdır.Hələ ki, onun hansı səbəbə həmkarlarını öldürdüyü bəlli deyil. "Facebook" səhifəsində hadisənin video görüntülərini yayan Brays Uilyams jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb. Daha sonra Brays Uilyamsın akkauntu silinib.
Öldürülən jurnalistlər
Öldürülən 24 yaşlı müxbir Alison Parker və 27 yaşlı operator Adam Vard “ТВ WDBJ”televiziyakanalının əməkdaşları olub.
Brays Uilyams


Şərhlər