Menu

Məktəb direktoruna cinayət işi açıldı

27.08.2015, 13:01
Məktəb direktoruna cinayət işi açıldı

Vahid Dəmirov istintaqdan yayındığı üçün axtarışa verilib

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən APA-ya bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol