Menu

Prezident «intizar»ı ilə 3 nəfər gözlərini əbədi yumdu! - Türkmənistanda

27.08.2015, 19:12
Prezident «intizar»ı ilə 3 nəfər gözlərini əbədi yumdu! - Türkmənistanda

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, avqustun əvvəlində Türkmənistanda təntənəli tədbirə gələcəyi bildirilən dövlət başçısını gözləməyə məcbur edilmiş vətəndaşlardan 3 nəfəri həyatını itirib.

«Xronika Turkmenistana» saytının xəbərinə görə, sözügedən biabırçı hadisə hələ avqustun 5-də aş verib. Ancaq jurnalistlər bu barədə məlumatları toplamaq və onların həqiqətə uyğunluğunu yoxlamaq üçün günümüzə qədər gözləməli olublar.

Təfərrüat belədir: Türkmənistan prezidenti səhər saat 8-də bir idman qurğusunun təntənəli açılış mərasiminə gəlməli imiş. Bu münasibətlə, tədbirə kütləvilik görüntüsü vermək üçün səhər saat 5-dən başlayaraq, insanları kütləvi halda qovub həmin stadiona doldurublar. Dövlət başçısı isə həmin vaxt digər obyektlərə baxmağa gedib və yalnız günorta vaxtı həmin stadiona gəlib çatıb.

Xəbərdə deyilir ki, bütün bu müddət ərzində insanlar polis əhatəsində qalıblar - onlara nə yeməyə, nə su içməyə, nə oturmağa, hətta tualetə getməyə belə, imkan verilməyib. Kütlə içərisində 4-15 yaş arası uşaqlar və 70 yaşlı qocalar da olub. Açıq havada isə temperatur 40 dərəcəyə çatıb!

Belə şəraitdə yarım gün ayaq üstündə dayanmağa məcbur edilmiş 1 uşaq və 2 nəfər yaşlı adam elə həmin gün xəstəxanada keçinib!

Redaksiyadan: Hələ ötən əsrin 60-80-ci illərində sovet mətbuatı «Baltakəsməz» («Toporom ne vırubiş») rubrikası altında buna oxşar gülməli-ağlamalı tarixçələr, lətifələr, felyetonlar... dərc edərdi. Buyurun, bu da əsrimizin «baltakəsməz»i...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol