Menu

PKK yenə hücuma keçdi: 1 ölü, 7 yaralı

27.08.2015, 19:40
PKK yenə hücuma keçdi: 1 ölü, 7 yaralı

PKK terrorçuları Şırnak vilayətinin Cizrə rayonunun Nur məhəlləsindəki Cizrə qarnizonuna hücum edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin cavab atəşindən sonra baş verən qarşıdurma "Dəclə Elektrik Dağıtım AŞ"nin (DEDAŞ) əməkdaşı, 39 yaşlı Məsud Sanrı həlak olub, 3 əsgər və 4 məhəllə sakini yaralanıb. Yaralılar Cizrə Dövlət Xəstəxanasına qaldırılıb.

Eyni zamanda, terrorçular hadisə yerinə gələn zirehli polis maşınına da minaatanlardan atəş açıb. Ancaq ölən və yaralanan olmayıb. Hücumun ardından qaçan terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol