İŞİD terror qruplaşmasının informasiya kampaniyasının təşkilatçısı, britaniyalı Cunayd Hüseyn Suriyada öldürülüb. Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ hökumətindəki mənbə xəbər yayıb.
Amerikalı hərbçilər İŞİD-çinin pilotsuz aparatın köməyi ilə zərərsizləşdirildiyini bildiriblər.
1994-cü il təvəllüdlü Cunayd Hüseyn 2012-ci ilə Britaniya məhkəməsinin hökmü ilə o vaxtkı baş nazir Toni Bleyerin şəxsi akkauntlarını ələ keçirməyə görə məhkum edilmişdi. O, həmçinin hakerlər qrupunun tərkibində BMT, NATO və facebook saytlarına hücumlar edirdi.
Onun Suriyaya 2013-cü ildə getdiyi deyilir. Hüseyn qruplaşmada “kiber-cihad”la məşğul olan özəyin əsas fiquru sayılırdı.
Bununla belə, Hüseynin arvadı, keçmiş pank-müğənni Salli Cons ərinin öldürülmədiyini iddia edib.


Şərhlər