Menu

Liviya sahillərində miqrantla dolu iki qayıq birdən aşıb

28.08.2015, 11:03
Liviya sahillərində miqrantla dolu iki qayıq birdən aşıb

Xarici KİV-in yaydığı məlumata görə, Liviya sahillərində qaçaq miqrant daşıyan iki qayıb birdən aşıb. «BBC» xəbər verir ki, qayıqlarda 500 nəfərə yaxın qaçqın olub («Exo Moskvı»).

Liviya hökumətinin məlumatına görə, suya tökülən insanların 20 nəfərini xilas etmək mümkün olub. Bir nəfər isə itkin düşmüş sayılıb.

Məlumatda deyilir ki, bu ilin əvvəlindən günümüzə qədərki müddət ərzində Liviyadan İtaliyaya keçməyə cəhd göstərən 2 mindən artıq miqrant dənizdə məhv olub.

Cari ildə Avropaya qaçqın axını İkinci dünya müharibəsindən ötən dövr ərzində rekord həddə yüksəlib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol