Menu

ABŞ Suriya müxalifətini atıcı silahlarla təchiz edəcək

28.01.2014, 11:48
ABŞ Suriya müxalifətini atıcı silahlarla təchiz edəcək

ABŞ Konqresi Suriya müxalifətinin atıcı silahlarla təchiz edilməsinə icazə verib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, müvafiq qərar Konqresin qapalı iclasında qəbul olunub.

Silah təchizatı ilə bağlı əməliyyatlar maliyyə ilinin sonunadək, yəni sentyabrın 30-dək davam edəcək.

Silahlar İordaniya ərazisi ilə Suriyanın cənubunda cəmləşən loyal müxalifət qüvvələrinə çatdırılacaq. Atıcı silahlarla yanaşı onlar həmçinin tankəleyhinə raketlərlə təchiz olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol