Menu

Rusiya Qazaxıstanın əvəzindən qadağa qoyur! - Gömrük ittifaqının bədəli? 

28.08.2015, 16:53
Rusiya Qazaxıstanın əvəzindən qadağa qoyur! - Gömrük ittifaqının bədəli? 

Rusiya KİV-nin məlumatına görə, «Rosselxoznadzor» 14 Norveç müəssisəsindən Gömrük İttifaqının digər üzvlərinə (Belarus, Qazaxıstan və Ermənistan) də balıq idxalına qadağa qoyub. Məlumatı «365info.kz» portalı yayıb (Rosbalt).

Bundan əvvəl Rusiya 2014-cü ilin avqustunda Norveç balığının idxalına qadağa qoymuşdu. İndi isə bu qadağanın müddəti daha bir il - 6 avqust 2016-cı il tarixə qədər uzadılıb.

«Artıq 3 ildir ki, Gömrük ittifaqı çərçivəsində nələrin ölkəyə gətirilməsi məsələsində Qazaxıstan «Rosselxoznadzor»un təlimatlarını əldə rəhbər tutur. Biz ərzaq məhsulları istehsalçıları öz üzərimizdə hiss edirik ki, ilbəil seçim imkanlarımız və ölkəyə əlçatan ərzaq məhsullarının, istehsal prosesləri üçün xammalın gətirilməsi imkanları daralır. «Rosselxoznadzor» artıq dəfələrlə bizim ölkəmizə ən müxtəlif məhsulların gətirilməsinə qadağa qoyub. Hər dəfə də biz, köks ötürərək, itkilərimizi hesablayıb, yeni məhsul (xammal) istehsalçıları axtarışına çıxmışıq» - deyə, «KinqFisher» şirkətinin həmtəsisçisi və maliyyə direktoru Səncər Əbdixalıq bəyan edib.

O da xəbər verilir ki, «Rosselxoznadzor» Rusiya, Belarus və Qazaxıstan üçün «sanksiyaaltı ərzaq»ların vahid elektron bazasını yaratmaq istəyir.

Göründüyü kimi, Rusiya bu davranışı ilə Avropaya göstərmək istəyir ki, mənim də müttəfiqlərim var və biz də Avropa Birliyi kimi kollektiv saknskiya tətbiq edirik. Bu da olur Gömrük ittifaqının «bədəl»i.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol