Menu

Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etmək istərdi, amma... - Merkel

28.08.2015, 17:38
Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etmək istərdi, amma... - Merkel

Avropa İttifaqı Ukrayna ətrafında yaşanan münaqişə səbəbindən, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları hələlik ləğv edə bilməz. Bu bəyanatla Vyanada Almaniya-Avstriya ticarət palatasının 60 illik yubileyinə həsr olunmuş tədbirdə Almaniyanın kansleri Angela Merkel çıxış edib (Rosbalt).

Merkel qeyd edib ki, sanksiyalar bir sıra şirkətlərə toxunub: «Ona görə də biz, sanksiyaları aradan götürməyə imkan verən siyasi çərçivə şəraitinin yaranmasına nail olmaq istəyirik. Ancaq beynəlxalq hüququn əhəmiyyətli dərəcədə pozulması və indiyə qədər qeyri-sabit situasiyanın davam etməsi səbəblərindən dolayı, təəssüf ki, hələlik bu mərhələyə çata bilməmişik» - deyə, «Röyter» kanslerdən sitat gətirir.

Kansler onu da əlavə edib ki, Almaniya hökuməti Moskva ilə konstruktiv münasibətlərə qayıtmaq istəyir: «Biz, Rusiya ilə həmkar münasibətləri istəyirik, bizim çoxlu beynəlxalq problemlərimiz var. Məsələn, Moskva Suriya münaqişənin həllində əhəmiyyətli rol oynaya bilər».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol