Menu

Qırğızıstan prezidenti ABŞ-a getmədi

29.08.2015, 13:51
Qırğızıstan prezidenti ABŞ-a getmədi

Qırğızıstan prezidenti Almazbek Atambaev sentyabrın axırlarında Birləşmiş Ştatlara nəzərdə tutulan səfərini təxirə salıb.Prezidentin sözçüsü Almaz Usenov avqustun 27-də RFE/RL-ə deyib ki, səfərin təxirə salınması oktyabrın 4-də keçiriləcək parlament seçkilərinə görədir.

Atambaev 2011-ci ildən Qırğızıstana başçılıq edir və bu vəzifədə olduğu müddətdə ABŞ-a səfər etməyib.

Müxalif deputat Ravshan Jeenbekov Atambaev-i buna görə tənqid edib. O deyib ki, prezident bu addımı Rusiyanın xətrinə dəyməmək üçün atıb.

Moskva ilə Vaşinqton arasında münasibətlər keçən ilin martından - Rusiya Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra gərginləşib.

Qırğızıstan Rusiyanın yaxın tərəfdaşıdır. Bu ayın əvvəlində Bişkek Moskvanın liderlik etdiyi Avrasiya İqtisadi Birliyinə daxil olub.

Bu addım Bişkekin ABŞ-la əməkdaşlıq müqaviləsinin dayandırılmasından bir ay sonra baş verdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol