Menu

Maskalı şəxslər kredit təşkilatına basqın edib

31.08.2015, 12:48
Maskalı şəxslər kredit təşkilatına basqın edib

Azərbaycanın Ağcabədi rayonunda kredit təşkilatına basqın edilib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Maliyyə İnkişaf” Qeyri-Bank Kredit Təşkilatında qeydə alınıb. Üç nəfər maskalı naməlum şəxs gecə saatlarında kredit təşkilatının mühafizəçisinə hücum edərək, oğurluq etmək istəyib. Hadisə yerinə gələn Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsləri tutublar.

Ağcabədi Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, saxlanılan şəxslər digər cinayətlərdə şübhəli bilindikləri üçün onların kimliyi barədə ətraflı məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol