Menu

“TurAz Qartalı” təlimlərinə döyüş helikopterləri də qoşuldu - Video, Fotolar

01.09.2015, 11:31
“TurAz Qartalı” təlimlərinə döyüş helikopterləri də qoşuldu - Video, Fotolar

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri bu gün də davam etdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol