Menu

Türkiyədən Liviyaya xeyli silah aparan gəmi saxlanıldı

02.09.2015, 08:55
Türkiyədən Liviyaya xeyli silah aparan gəmi saxlanıldı

Yunanıstan sahillərində Türkiyədən Liviyaya yollanan silah-sursatla dolu gəmi saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Daily Star” məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə qurumlardakı mənbənin məlumatına əsasən, gəmi Türkiyədən yola düşüb. Qadağan olunmuş yükün Boliviya bayrağı altında üzən “Həddad-1” gəmisinin yük bölməsində aşkarlandığı qeyd olunur.

Məlumata görə, gəminin göyərtəsində Suriya və Misir vətəndaşları olub.

Gəminin Krit adasının cənub sahillərində saxlanıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol