Menu

Abşeronda polis özünü asdı

28.01.2014, 21:15
Abşeronda polis özünü asdı

Azərbaycanda polis işçisi intihar edib. Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri Heydər Əliyev prospekti ev 1, mənzil 277 də qeydə alınıb.

Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramil Rauf oğlu Novruzov yaşadığı evin çilçırağından özünü asaraq intihar edib.

Prokurorluqdan bildirilib ki, R. Novruzov Nəqliyyatda Baş Polis İdarəsinin Komendant Xidmətinin polis nəfəri işləyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol