“Nyu-York Times” qəzetinin bugünki baş yazısı Türkiyə baş naziri Ərdoğana həsr edilib.
Yazıda 17 dekabr “korrupsiya və rüşvət əməliyyatı” ilə bağlı baxışlar və Erdoğan barədə tənqidi qeydlər yer alır. Ərdoğanın getdikcə avtoritarizmə meyl etdiyi, region və NATO-dakı müttəfiqləri üçün təhlükəli olmağa başladığı xüsusi vurğulanır.
Yazıda qeyd edilir ki, Erdoğan 17 dekabr əməliyyatını çevrilişə başlanğıc kimi dəyərləndirir, bunu dövlət daxilində kadrlaşan gizli bir təşkilatın həyata keçirdiyini iddia edir. Buna görə də Ərdoğan əməliyyatı icra edən polisləri və məhkəmə vəzifəlilərini vəzifədən çıxarıb. Sonra yüzlərlə polisin yeri dəyişdirilib. Məhkəmə ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər hökumətin məhkəmə üzərindəki gücünü artırıb. Digər tərəfdən Ərdoğan bir çox kompromat nəzəriyyəsi uydurub ağlasığmaz ifadələr işlədir, hətta bu işin arxasında Amerikanın durduğunu iddia edərək Amerika səfirini qovmaqla təhdid edir.
Yazıda Ərdoğanın bu davranışının bir manevr ola bilməsi də istisna edilmir, yaxınlaşan 30 mart seçimlərində daha çox səs almaq üçün bir həmlə ola biləcəyi qənaəti ifadə olunur.
Qəzet xüsusi olaraq onun bu davranışının yeni olmadığını, ötən iyun ayında Taksim meydanında gerçəkləşən etirazlarlara da eyni davranış sərgilədiyinə diqqət çəkir. Regionda Müsəlman və Demokartik bir ölkə modeli olan Türkiyənin getdikcə avtoritarizmə yuvarlanmaqda olduğunu yazan qəzet Ərdoğandan ABŞ prezidenti Obamaya şikayət edir. Qəzet Obamaya müraciətində Amerikanın Erdoğanla bağlı sərt mesaj verməsini və Ərdoğanı hüququn üstünlüyünə dönməyə çağırmasının lazım gəldiyini bildirir.(contact.az)

Şərhlər