Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olacaq şəxslərə xəbərdarlıq edib.
“Report”un məlumatına görə, M.Pənahov deyib ki, seçkidə iştirak edəcək siyasi partiya nümayəndələri, müstəqil şəxslər diqqətli olmalıdırlar, vaxtından əvvəl təbliğata başlamamalıdırlar: “Bu hal baş verəcəksə, qanun pozuntusu sayılacaq. Belə addımlar atılmamalıdır. Qanunvericiliyinə əməl olunmalıdır”.
O bildirib ki, bu seçkilərdə daha çox aktivlik gözlənilir: “Xeyli siyasi təşkilatın nümayəndəsinin, müstəqil şəxslərin seçkidə namizəd kimi iştirakı gözlənilir. Amma hələki siyasi təşkilatlarda seçki ab-havası yoxdur".


Şərhlər