Menu

Kərəm Həsənova görə işdən çıxarılan məmurun yerinə təyinat oldu

04.09.2015, 11:37
Kərəm Həsənova görə işdən çıxarılan məmurun yerinə təyinat oldu

Cəlilabad Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq RİH-dən bildirilib.

Məlumata görə, Vidadi Dövlətov RİH başçısının I müavini vəzifəsinə təyin edilib.

V.Dövlətov bu təyinata qədər Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

“Hazırda təhsil şöbəsinin müdiri vəzifəsi vakantdır” - RİH-dən bildirilib.

Qeyd edək ki, RİH başçısının birinci müavini Asif Əzizov ötən ay vəzifəsindən azad edilib.

Asif Əsədovun nəyə görə vəzifədən çıxarılması barədə maraqlı xəbərlər yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol