Azərbaycanın Mərkəzi Bankı 31.08.2015-ci il tarixinə valyuta ehtiyatlarının məbləği barədə məlumatı açıqlayıb. “Marja” xəbər verir ki, Avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib. Bu, İyulun 31-i ilə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14% azdır.
Ötən ilin İyul ayından Mərkəzi Bankın valyuta ehtiyatları azalırdı. Ehtiyatların azalmasının dayandırılması üçün manatın devalvasiyası reallaşdırılmışdı. 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çıxmışdı. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə 7 milyard 847,8 milyon dollar və ya 51,7% azdır.
Qeyd edək ki, Avqustun sonlarında Azərbaycan əhalisi 2-ci devalvasiyanın olacağından narahat idi. Həmin günlər əhali tərəfindən xeyli məbləğdə valyuta alınmışdır.
| Tarix | mln. ABŞ
dolları |
| 31.08.2015 | 7315.4 |
| 31.07.2015 | 8501.5 |
| 30.06.2015 | 8520.2 |
| 29.05.2015 | 8430.8 |
| 30.04.2015 | 8387.9 |
| 31.03.2015 | 9472.1 |
| 28.02.2015 | 11004.4 |
| 31.01.2015 | 12680.8 |
| 31.12.2014 | 13758.3 |
| 30.11.2014 | 14996.3 |
| 31.10.2014 | 15033.6 |
| 30.09.2014 | 15042.4 |
| 31.08.2014 | 15190.9 |
| 31.07.2014 | 15193.4 |
| 30.06.2014 | 15163.2 |

Şərhlər