Menu

TQDK-nın köhnə binası sökülür

04.09.2015, 18:24
TQDK-nın köhnə binası sökülür

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Bakının Həsən Əliyev küçəsindəki köhnə inzibati binası sökülür.

Vesti.az xəbər verir ki, TQDK-nın köhnə binasının yerində yeni inzibati bina inşa ediləcək. Bu, TQDK-nın səlahiyyətlərinin genişlənidirilməsi və buna uyğun olaraq da onun ştat və struktur vahidlərinin artması ilə bağlıdır.

Bina tikilib başa çatdırılana qədərki müddətdə isə TQDK başqa məkanda - Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 1 ünvanında fəaliyyət göstərməkdə davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol