Menu

Azərbaycan biri azı yarım milyon dollar olan avtobuslar alıb

04.09.2015, 22:13
Azərbaycan biri azı yarım milyon dollar olan avtobuslar alıb

Bu ilin I yarısında Azərbaycan xaricdən $147,9 mln-a (gömrük rüsumu və vergi nəzərə alınmadan) 590 ədəd sərnişin avtobusu alıb. Avtobuslar əsasən Almaniyadan idxal olunub.

Dövlətstatkomda "Turan"a bildiriblər ki, Almaniyada ümumi gömrük qiyməti 70,9 milyon dollar olan 268 avtobus sifariş verilib. Bir avtobus 264,8 min dollara başa gəlib.

Ən bahalı avtobuslar İsveçrə istehsalıdır – $480 212. Bu ölkədən 5 avtobus alınıb. Bu il Fransada Azərbaycana ixrac üçün 192 avtobus istehsal edilib. İVECO markalı avtobusların biri 317 426 dollardır.

Çexiya Azərbaycana 30 avtobus satıb. Onların biri orta hesabla 265 466 dollardır.

Qeyd edək ki, bu ilin I yarısında Rusiyadan (11 ədəd, ümumi qiymət 441 min dollar), Türkiyədən (46,  ümumi qiyməti 2 milyon 925 min dollardır) və Koreyadan (32, ümumi qiymət 2 milyon 154 min dollar) da avtobus alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol