Menu

Saakaşvili ilə Ukrayna baş naziri arasında qalmaqal böyüyür

05.09.2015, 01:14
Saakaşvili ilə Ukrayna baş naziri arasında qalmaqal böyüyür

Odessa qubernatoru Mixail Saakaşvili Ukraynanın baş naziri Arseniy Yasenyukun ittihamlarına video-cavab hazırlayıb. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, video-müraciət Saakaşvilinin rəsmi YouTube kanalında yerləşdirilib.

Öz çıxışında Saakaşvili “faktların dili ilə” danışmağa hazır olduğunu bildirir. O sırada Saakaşvili Ukrayna hökumətini Odessa Gömrük Xidmətinin xəzinəsində defisitə gətirən korrupsiya əməllərində ittiham edib. Saakaşvilin sözlərinə görə, bir ay ərzində xəzinə 400 milyon, iki ay ərzində isə 800 milyon qriven az vəsait alıb ki, bu pula da Odessa-Reni yolunun inşasını başa çatdırmaq olardı.

Odessa qubernatori hər bir ukraynalını belə bir sual üzərində düşünməyə çağırıb ki, Kiyev hökumətində rüşvət alma halları azalıbmı?

Xatirladaq ki, bir qədər öncə baş nazir Yasenyuk Nazirlər Kabinetinin olqiraxların nəzarəti altında olduğu barədə Saakaşvilinin açıqlamasını yalan adlandırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol