Menu

Yəməndə hərbi baza raket atəşinə tutulub, 50 nəfər ölüb

05.09.2015, 09:52
Yəməndə hərbi baza raket atəşinə tutulub, 50 nəfər ölüb

Yəməndə Birləşmiş Ərəb Əmirlikləri hərbi kontingentinin 45 hərbçisi həlak olub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.

Beynəlxalq koalisiyaya məxsus hərbi bazanın husilər tərəfindən raket atəşinə tutulması nəticəsində həmçinin 5 Bəhreyn hərbçisi ölüb.

Üsyançı husilərin nümayəndəsi Safir şəhərində hərbi bazanın raket atəşinə tutulmasını təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində koalisiyaya məxsus 2 “Apache” tipli helikopter, bir neçə ədəd zirehli texnika və 3 yaylım atəşi sistemi məhv edilib.

Xatırladaq ki, 2015-ci ilin martından etibarən Səudiyyə Ərəbistanının başçılıq etdiyi “ərəb koalisiyası” üsyançı husilərə qarşı əməliyyatlar həyata keçirir. Koalisiyaya həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Bəhreyn, Misir, İordaniya və Sudan daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol