PKK terrorçuları bu dəfə Tünceli və Şırnak şəhər mərkəzlərinə hücum edib, ölən və yaralılar var. ANS PRESS-in məlumatına görə, Türkiyənin Tünceli şəhərinə silahlı basqın nəticəsində bir polis şəhid olub, daha bir vətəndaş isə ağır yaralanıb.
Qarşıdurma kameralar tərəfindən qeyd olunub. Hadisə insanların evdən işə getdiyi bir vaxtda baş verib.
İki terrorçu əllərində iri çarplı silahla Şəhid Nahit Bulut Polis Mərkəzinə basqın ediblər. Polis bölməsi önünə qədər gələn silahlılara təhlükəsizlik xidməti layiqli cavab verib.
Tüncelidə atışma
Qarşıdurmada yaralanan 30 yaşındakı Murat Savaş adlı polis məmuru xəstəxanada şəhid olub.
Vətəndaşlar da qarşıdurma zamanı arada qalıb. Nəticədə 15 yaşlı qız ağır yaralanıb.
Atışma zamanı 2 PKK silahlısı da yaralanıb. Yaralı silahlılar xəstəxanaya aparılıb. Onların sonradan öldüyü deyilir.
Şırnakda bir çavuşun olduğu taksiyə də hücum edilib. Nəticədə sürücü həyatını itirib, çavuş isə ağır yaralanıb. Hadisə Şırnak şəhər mərkəzində səhər radələrində baş verib. İnsidentlə bağlı istintaq davam edir.
Türkiyənin Tünceli və Şırnak əraziləri


Şərhlər