Menu

Poroşenko Rusiyanı veto hüququndan məhrum etməyə çağırdı

05.09.2015, 20:26
Poroşenko Rusiyanı veto hüququndan məhrum etməyə çağırdı

Rusiya BMT Təhlükəsizlik Şurasında, özünün iştirakçı olduğu münaqişələrdə veto hüququndan məhrum edilməlidir. Musavat.com-un məlumatına görə, bu sözləri “Amerikanın səsi” radiosuna (rus) müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

“Mənim fikrimcə, onlar (Rusiya –red.) Təhlükəsizlik Şurasında qala bilərlər, ancaq Rusiya iştirakçısı olduğu konfliktlərdə veto hüququndan məhrum olunmalıdır. Belə bir addım TŞ-nin mexanizmlərini effektli edərdi, çünki qurum hazırda öz rolunu yerinə yetirmək gücündə deyil. Bizim ayrı alternativimiz də yoxdur. Əgər siz TŞ-də tormozlanan qərar qəbul edirsizsə, on zaman dünyada təhlükəsizliyin qorunması üçün alternativ də olmalıdır”, - deyə Ukrayna prezidenti qeyd edib.

Xatırladaq ki, ötən ay Rusiya özünün veto hüququndan yararlanaraq, Ukrayna səmasında vurulmuş Malayziya mülki təyyarəsi ilə bağlı beynəlxalq tribunal yaradılması haqda TŞ-nin qərar layihəsinin qəbulunu tormozlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol