Qazıxıstan KİV-nin məlumatına görə, hökumət daxili bazarda A-92/93 markalı benzinin qiymətlərinin dövlət tənzimləməsindən imtina edib. Bu barədə Qazaxıstan baş nazirinin müvini Bakıtcan Sagintayev məlumat verib (Rosbalt).
«Bazar iştirakçılarının iştirakı ilə bu məsələnin müxtəlif variantlarına baxıb, müzakirə edəndən sonra biz, bu nəticəyə gəldik ki, valyuta məzənnəsinin qeyri-stabil olduğu bir şəraitdə, dünya bazarında və bizdə neftin qiymətləri daim sıçrayışlar etdiyindən, biz də neft məhsullarının qiymətlərinin müəyyən olunması istiqamətində ən çevik və adaptiv səciyyəli variantı seçməliyik. Ona görə də hökumət qərara gəldi ki, daxili bazarda A-92/93 markalı benzinlərin defisitinin yaranmasının qarşısını almaq məqsədilə bu məhsulların qiymətlərinin dövlət tənzimləməsindən imtina edilsin» - deyə, «Tengrinews» nazir müavinindən sitat gətirir.
AzPolitika.info


Şərhlər