Menu

Türkiyədə iki hərbi maşın partladıldı - Atışma davam edir

06.09.2015, 23:44
Türkiyədə iki hərbi maşın partladıldı - Atışma davam edir

PKK-çılar Türkiyədə növbəti terrora əl atıblar. Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Hakkarinin Yüksekova mahalı, Dağlıca bölgəsində terrorçular magistral yola mina yerləşdiriblər. İki zirehli hərbi avtomobil yoldan keçərkən mina uzaqdan idarə ilə partladılıb.

Partlayış nəticəsində ölən və ya yaralıların olub-olmadığı barədə məlumat yoxdur. Son xəbərlərə görə, bölgədə genişmiqyaslı əməliyyat aparılır. Son bilgilərdə qeyd edilir ki, atışmalar zamanı terrorçulardan ölən və yaralananlar var.

Baş Nazir Ahmed Davudoğlu Konya şəhərində Türkiyə - Hollandiya matçını izləyən zaman bu xəbəri alıb və dərhal Ankaraya qayıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol